Tramp Çinə səfərini şərh edib

  • 10 noy 2017, 07:42

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Çzinpinlə danışıqları məhsuldar adlandırıb.

"Report" "RT"-ə istinadən xəbər verir ki, o, bununla bağlı "Twitter"də yazıb. "Mənim Si Çzinpinlə danışıqlarım ticarət sahəsində olduğu kimi, Şimali Koreya məsələsində də çox məhsuldar oldu. O, çox hörmətli və xalqının qüdrətli nümayəndəsidir", - deyə o, "Twitter"də yazıb.

Daha əvvəl Si Çzinpin Trampın Çinə səfərinin tarixi əhəmiyyətini qeyd edib. Çin və ABŞ Amerika liderinin Pekinə səfəri çərçivəsində 250 milyard dollardan çox məbləğdə ticarət razılaşmasını imzalayıb.

Oxşar xəbərlər