Səudiyyədə Kral ailəsinin 10 üzvü saxlanıldı

  • 05 noy 2017, 09:07

 

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Abdül Əziz Əl Səudun rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulmasına sanksiya (icazə) verib.

TASS xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Telekanal təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə şənbə günü kral Salman bin Əbdül Əziz Əl Səudun fərmanı ilə yaradılıb.

Demokratik.Az

Oxşar xəbərlər