Bərzaniyə ilk təbrik Kataloniyadan gəldi

  • 27 sen 2017, 07:00
Ötən gün İraqın şimalındakı kürd muxtar bölgəsində müstəqillik referendumu keçirilib. Artıq referendumun ilkin nəticələri bəllidir. Belə ki, 78 faiz seçici fəallığı olan referendumda kürd seçicilərin 93.7 faizi referenduma "Hə” deyib, cəmi 6.3 faiz seçici müstəqilliyə qarşı çıxıb.
Sözügedən proseslər dünyanın diqqətini çəkməyi başarıb.
Demokratik.Az-ın məlumatına görə, artıq "qondarma səsvermə"nin keçirilməsinə görə Bərzanini təbrik edənlər də var.
Barzani rəhbərliyinə yaxınlığı ilə tanınan "Rudaw" xəbər agentliyi Kataloniya Muxtar Vilayətinin prezidenti Çarlz Puigdemontun  İraq Kürd Regional Hökumətinin başqanı Məsud Bərzanini dünən keçirilən müstəqillik referandumuna görə təbrik etdiyini bildirib.

Puigdemont Twitterdə belə bir şərh yazıb , "Bu sabah Bərzanini telefonla zəng edərək Kürdüstan bölgəsində keçirdiyi referendum üçün təbrik etdim.

Qeyd edək ki, Katalonya da İraq Kürd Regional Hökumətinə bənzər tale yaşayır. Belə ki, Katalonya da 1 oktyabrda referendum keçirdərək İspaniyanı tərk etməyə qərar verib. İspan Konstitusiya Məhkəməsi, referendumu qanunsuz olduğuna hökm etdi. Ancaq Katalanlar hər şeyə rəğmən referenduma getməyi qərarlıdır.
 
Demokratik.Az
Oxşar xəbərlər