Saakaşvili Ukrayna ərazisinə daxil oldu, generalla savaşdı - VİDEO

  • 11 sen 2017, 08:19

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub.

APA-nın "112ua”-ya istinadən verdiyi xəbərə görə, sərhəddə Saakaşvilinin tərəfdarları və onu Ukrayna ərazisinə keçməsinə mane olmağa cəhd edən sərhədçilər arasında qarşıdurma yaranıb.

Daha sonra tərəfdarlarının müşaiyət ilə M.Saakaşvili Ukrayna ərazisinə daxil olub. Bundan əvvəl Odessa vilayətinin sabiq qubernatoru Polşanın "Şeqeni” nəzarət-keçid məntəqəsini maneəsiz keçib.

***

Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Lvov şəhərinə gəlib.

APA-nın məlumatına görə, bu barədə "Newsone” telekanalı xəbər verib.

Saakaşvili hələ ki, hər hansı planının olmadığını bildirib: "Həyat yoldaşım və oğlumu gözləyəcəyəm. Başqa bir planım yoxdur”.

 

 ///////////////////////////////////////////////////////

Onu da bildirək ki, Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığından da məhrum ediləndən sonra vətəndaşlığı olmayan şəxs statusuna düşüb.

 

Saakaşvili gün ərzində Polşadan Ukraynaya gələn qatarla Ukraynaya daxil olmağa çalışsa da, Ukrayna prezidenti Poroşenko onu buraxmamaq üçün bütün qatarı sərhəddə saxlatdırıb.

M.Saakaşvilini vətəndaşlıqdan çıxarıldığı Ukraynaya buraxmasalar da, o, sərhəddə çıxış edərək bu olaya etirazını bildirib. Saakaşvili üzünü sərhəddə dayanan əsgərlərə tutaraq, onlara pozulan hüquqlarını, hakimiyyətdə oturanların isə xalqı necə talan etdiyini bildirib. Bu çıxışdan bir qədər sonra isə Saakaşvili tərəfdarları ilə sərhədçilərin canlı divarını dağıdaraq Ukraynaya keçib. 

 

M.Saakaşvilinin sərhəddəki çıxış videosunu təqdim edirik.


 

Oxşar xəbərlər