Mosula axın - 250 min insan şəhərinə qayıdır

  • 04 avq 2017, 08:55

9 ay davam edən hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatından azad edilən Mosulu əvvəlki vəziyyətinə qaytarmaq üçün hazırlıqlar davam edir.

"Demokratik.Az"ın məlumatına görə, bir tərəfdən evlərini tərk edənlərin geri qayıdışının önündəki maneələr qaldırılır, digər tərəfdən şəhərin yenidən abadlığı və təməl xidmətlərin görülməsi üçün işlər aparılır.

İŞİD-dən təmizlənən Mosul şəhərinə qayıdanların sayı 250 mini keçib. Evlərini dağılmış halda tapan Mosul əhalisi şəhərin vətəndaşların geri qayıtması üçün hələ hazır olmadığı fikrindədir.

Oxşar xəbərlər