Trampı yıxsa öz uşaqları yıxacaq- “Focus”

  • 01 avq, 15:52
  • baxış sayı: 375

ABŞ prezidenti Donald Tramp qədər övladları da mətbuatın əsas diqqət mərkəzindədir.

Lakin başqa dövlət adamlarından fərqli olaraq Ağ Evin rəhbəri onları ictimaiyyətin diqqətindən kənar tutmaq yerinə, tam əksinə, daha da yaxına çəkməyə üstünlük verir. Tramp öz biznesində olduğu kimi mühüm dövlət işlərində də ailə üzvlərinə daha çox inanır. Onun öz qızı və kürəkənini dövlət müşaviri təyin etməsi də bunu göstərir. Lakin bu cür yanaşma tərzi mətbuatın ailə üzvlərinin üzərindən onun üstünə hücum çəkməsinə də şərait yaradıb.

Almaniyanın "Focus” jurnalının Piter Qruber və Syuzan Remke tərəfindən qələmə alınan məqaləsində bu xüsusata diqqət çəkilib.

"G20 sammitində Donald Tramp bir neçə dəqiqəlik masanı tərk edərkən öz yerində qızı İvanka Trampın oturmasını istədi.

Yəni bir neçə dəqiqəlik də olsa İvanka Tramp özünü ABŞ prezidenti kimi hiss etdi. Həmin vaxt ABŞ mediasının təpkilərinə cavab olaraq Tramp bunu standart prosedur olduğunu, atalarının zamanı olmadığı bir vaxtda övladlarının yardıma gəlməsinin qeyri-adi bir şey olmadığını söyləyib”,- məqalədə yazılır.

Jurnal burada həqiqətən Trampın baxış bucağına görə qeyri-adi bir şey olmadığını bildirir:

"Donald Tramp ömrü boyu öz biznes imperiyasını ailə işi olaraq görüb. Ağ Evdə olarkən niyə bu xasiyyətindən əl çəkməlidir ki... Onun şirkətindəki bütün əsas vəzifələr öz ailə üzvləri arasında paylanıb... Lakin Vaşinqtonda eyni hərəkəti etmək mümkün deyil”.

Yazı müəllifləri son aylarda ailə üzvlərini Tramp üçün təhlükə mənbəyinə çevrildiyini də qeyd edirlər.

"Əgər Trampın ailəsindən kimsə qəzetlərin ilk səhifəsinə düşürsə, bu, əslində pis xəbərlərin gəlməsi deməkdir”, yazıda göstərilir.

Müəlliflər buna nümunə olaraq Donald Trampın oğlu və adaşının rusiyalı bir vəkillə Hillari Klinton əleyhinə kompromat almaq üçün görüşü ətrafında yaranan qalmaqalı nümunə göstərir. Lakin kiçik Donald Trampın bu "təşəbbüskarlığı” əsl fiasko ilə nəticələndi və atasına ciddi zərbə vurmuş oldu. Bu səbəbdən mətbuat gənc Donaldı ailə işlərini batırması və fərsizliyinə görə, "Xaç atası” filmində Vito Korleonenin ortancıl oğlu Fredoya bənzədir.

"Bu bənzətmə təsadüfi deiyl. Əgər ən pis ssenari gerçəkləşsə və böyük Tramp bir gün hakimiyyət pilləkənindən yıxılsa, bunun günahı ilk növbədə oğlunda, daha sonra onun ağlına uyub həmin görüşə gedən kürəkəni Cared Kuşnerdə axtarmaldır”, - jurnalda qeyd olunur.

Məqalədə Kuşnerin vəziyyətinin bu məsələdə daha ağır olduğu vurğulanıb. Çünki Trampın oğlundan fərqli olaraq Kuşner prezidentin müşaviri vəzifəsini daşıyır və öz xarici kontaktları barədə dövlətin rəsmi məqamlarını məlumatlandırmağa borcludur.

Yazıda Trampın digər oğlu Erikin də fəaliyyətinə diqqət yetirilib. 33 yaşlı Erik Tramp da universitet təhsilindən sonra atasının biznes strukturlarında işə başlayıb və hazırda o, şirkətin vitse-prezidenti vəzifəsini tutur. Lakin onun da adı şübhəli biznes maxinasiyalarında hallanmağa başlanıb. Belə ki, onun adına qurulan onkoloji xəstəliyə tutulan uşaqlara yardım göstərilməsi üçün nəzərdə tutulan fonda bağışlanan ianələrin mənimsənilməsi ilə bağlı informasiyalar yayılıb.

Trampın diqqət mərkəzindən kənarda qalan ailə üzvləri isə özünü aktrisa və müğənni kimi tanıtmaq istəyən qızı Tiffani və 11 yaşlı kiçik oğlu Berondur.

Maraqlıdır ki, Tiffaninin adı Trampın Respublikaçılar partiyasının qurultayında təqdim olunan tərcümeyi-halında heç göstərilməyib.

Oxşar xəbərlər