Navalnı vəd verdi: prezident seçilərsə...

  • 15 iyul 2017, 14:20

Rusiyalı blogger Aleksey Navalnı prezident seçiləcəyi halda Rusiya Dövlət Dumasını buraxacağını bildirib.

 

Axar.az xəbər verir ki, bu barədə Navalnı yerli "Exo” radiosunun efirində danışıb.

 

Navalnı bir çox siyasi partiyaların və siyasətçilərin seçkilərə buraxılmaması səbəbindən Aşağı Palatanın mövcud tərkibinin heç kimi təmsil etmədiyini qeyd edib. Həmçinin bildirib ki, prezident seçildikdən sonra parlament seçkiləri də şəffaf keçiriləcək.

Navalnı koalisiya hökuməti quracağını da vəd edib.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən prezident seçkilərində navalnı namizəd olacağını açıqlayıb. Rəsmilər isə onun həbs olunduğunu əsas gətirərək, namizədliyinin qeydə alınacağına şübhə ediblər.

Demokratik.Az

Oxşar xəbərlər