Demokratik TV
Xəbər lenti
Tramp-Putin görüşü cəmi yarım saat çəkəcək
- 07 iyul 2017, 10:25
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Hamburqda "G-20” sammiti çərçivəsində baş tutacaq ilk görüşü təxminən yarım saat davam edəcək.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ağ Evin dərc etdiyi Trampın proqramına əsasən, görüş planlaşdırıldığı kimi Bakı vaxtı ilə 17.45-də "Hamburg Messe” sərgi mərkəzində başlayacaq. Görüşün təkbətək yox, geniş formatda keçiriləcəyi qeyd olunub.
Trampın qrafikinə əsasən, Bakı vaxtı ilə saat 18.20-də Tramp sərgi mərkəzini tərk etməyi planlaşdırır.
Görüşdə Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
"Demokratik.Az"

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti