Xəbər lenti
Bütün xəbərlər

Tramp Fars körfəzi ölkələri liderləri ilə telefonla danışıb

  • 03 iyul 2017, 09:15
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə telefonla danışıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Söhbət zamanı Tramp Qətər ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.

"Prezident qeyd edib ki, regionda birlik Ər-Riyad sammitində qarşıya qoyulan məqsədlər baxımından vacibdir”, məlumatda deyilir. Tramp həmçinin terrorçuluğun maliyyələşdirilməsinə son qoymağa çağırıb.

 

Demokratik.Az

Oxşar xəbərlər