ABŞ terrorçulara işgəncə üçün 81 milyon ayırıb

  • 26 iyun 2017, 09:21

ABŞ Prezidenti Corc Buş 2001-ci ildə 11 sentyabr hadisəsini törədən terrorçulara işgəncə verilməsi üçün 81 milyon dollar pul ayırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) yayıb.

Belə ki, Amerikan Vətəndaş Azadlıqlar Birliyinin (ACLU) açdığı iddia ilə gündəmə gələn bu mövzu gizli sirlərin ortaya çıxmasına səbəb olub. Araşdırma nəticəsində məlum olub ki, 11 sentyabr hadisələrini törədən terrorçulara işgəncə verilməsi üçün həkimlərə və psixoanalikitlərə 81 milyon dollar pul ayrılıb.

Qeyd edək ki, 2001-ci il 11 sentyabrda terrorçuların qaçırdığı iki sərnişin təyyarəsi Nyu Yorkda Ümumdünya Ticarət Mərkəzinin "əkiz qüllələr"inə, bir təyyarə isə Pentaqonun binasına çırpılmışdı. Terrorçular tərəfindən Pensilvaniyada qaçırılmış daha bir təyyarənin qəzaya düşərək partlaması ilə ümumilikdə həmin tarixdə 3 min insan həlak olmuşdu.

Oxşar xəbərlər