Səudiyyənin yeni vəliəhdi İrana müharibə elan etdi

  • 21 iyun 2017, 20:13

Səudiyyə Ərəbistanında yeni vəliəhd təyin olunmuş Məhəmməd bin Salman əl-Səud İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini deyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İranın "Nəsr” agentliyi yayıb. Məlumatı "Əlcəzirə”nin Tvitter hesabından götürdüyünü bildirən agentlik yeni vəliəhdin İranla danışıqların mümkünsüz olduğunu dediyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əl-Səudu yeni vəliəhd təyin edib.

 

Demokratik.Az

Oxşar xəbərlər