Səudiyyə kralı Rusiyaya gələcək

  • 30 may 2017, 21:13

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı vəliəhdinin müavini, müdafiə naziri Məhəmməd ben Salman əl-Səudla görüşüb.

Demokratik.Az xəbər verir ki, Putin görüş əsnasında Səudiyyə Ərəbistanı kralının Rusiyaya ilk səfərini elan edib.

Rusiya prezidenti deyib: "Təbii ki, biz Səudiyyə Ərəbistanı kralının səfərini gözləyirik. Mən əminəm ki, bizim münasibətlər tarixində baş tutacaq kralın ilk səfəri Səudiyyə və Rusiya arasında yaxşı işarə sayılacaq. Bu səfər bizim dövlətlərarası əlaqələrin inkişafı üçün yaxşı stimul olacaq".

Putin nazirdən krala ən yaxşı arzularını çatdırmağı xahiş edib.

Qeyd edək ki, bir müddət əvvəl Putin Səudiyyə Ərəbistanına neft bazarında atılan müştərək addımlara görə təşəkkür etmişdi.

 

Demokratik.Az

Oxşar xəbərlər