Nikolas Maduro Trampdan nəyi xahiş edib?

  • 20 may 2017, 09:26

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampdan ölkəsinin işlərinə qarışmamağı xahiş edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, Venesuela lideri Ağ Ev rəhbərinin ünvanına ittihamlar səsləndirib. "Əlini burdan çək Donald Tramp! Get evinə, Venesuela özünə hörmət edir" – deyə Nikolas Maduro bəyan edib.

Qeyd edək ki, Venesuelada arrtır bir neçə həftədir etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı xeyli insan xəsarət alıb və öldürülüb. ABŞ prezidenti Qərb ölkələri ilə birlikdə Venesuelada vəziyyəti yaxşılaşdırmağa söz verib.
Bundan əvvəl isə Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə ölkədəki böhranı müzakirə edib.

Oxşar xəbərlər