Alman nazir Netanyahuya rədd cavabı verdi

  • 28 apr 2017, 13:44

İsrail baş naziri Benyamin Netanyahu Almaniya xarici işlər naziri Ziqmar Qabriellə görüşüş ləğv etdikdən sonra, alman nazir Netanyahu ilə telefonda danışmaqdan imtina edib.

Avropa.info xəbər verir ki, bu barədə "Bild” nəşrinə İsrail hökumətindəki mənbə deyib.

"Mən öz mövqeyimi bildirdmək və vəziyyəti yerinə qoymaq üçün Qabrielə zəng etdim, lakin o, zəngimi rədd etdi” – Netanyahu belə deyib.

İsrail baş naziri görüşü İsrail əsgərlərini cinayətkar adlandıran təşkilatlarla görüşməmək üçün ləğv etdiyini bildirib.

Demokratik.Az

Oxşar xəbərlər