Demokratik TV
Xəbər lenti
Ərdoğan ermənilərə başsağlığı verdi - SALAMLADI DA
- 25 apr 2017, 08:01
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin (qondarma erməni soyqırımı) növbəti ildönümü münasibətilə İstanbulda erməni patriarxı Aram Ateşyana başsağlığı verib.
Məktubda qeyd edilib:
"Sizləri sevgi və hörmətlə salamlayıram. Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən Osmanlı Ermənilərini bu il də ehtiramla xatırlayır, nəvələrinə başsağlığı verirəm. Bölgənin iki qədim cəmiyyəti olaraq türklər və ermənilər min ildir ki, çiyin-çiyinə yaşadığı bu məkanda, ortaq tarixi və mədəniyyəti ilə bölüşüblər. Erməni cəmiyyəti, istər Osmanlı imperiyası zamanında istərsə də indi çox qiymətli övladlar yetişdirərək ölkəmizin inkişafına böyük töhfələr veriblər.
Dünən olduğu kimi, bu gün də ermənilər, ölkəmizin bərabərhüquqlu və azad vətəndaşları olaraq, sosial və siyasi həyatımızın hər sahəsində mühüm rollar oynayır.
Əsrlərlə sevinc və qayğıda birgə iki xalqın, keçmişin yaralarını bürüməsi və insanı bağlarını daha da möhkəmləndirməsi hamımızın ortaq məqsədidir. Bu istiqamətdə son 14 ildə bir çox addım atmışıq, tarixi xarakterli islahatları həyata keçirdik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni irsinə sahib çıxmağa yönəlik işimizi, növbəti prosesdə artaraq davam etdirəcəyik.
Bu fikirlərlə, XX əsrin əvvəlində həyatını itirən Osmanlı Ermənilərinin xatirələrini bir daha yad edirəm. Birinci Dünya Müharibəsinin çətin şəraitində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm".(Modern.az )
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gəncə Dövlət Universitetində bitməyən “müharibə”
AzTV-yə ayrılmış milyonlar necə xərclənib?
Gəncə Dövlət Universitetində "3 GÜNLÜK" praqul-yenilənib
Mingəçevirdə dövlətin pullarına «divan tutulub»
Oğlunu prorektor təyin edən rektor qızına da yüksək vəzifə veribmiş
Gələn ilin büdcəsində 2 milyarda qənaət edilib
Aqrar Universitetdə növbəti elmi şura keçirilib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti