Lavrov amerikalı jurnalistlərlə dalaşdı - Video

  • 12 apr 2017, 18:09

Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı jurnalistlərə iradını bildirib.

Axar.az xəbər verir ki, tərəflər arasında insident Lavrovla ABŞ Dövlət katibi Reks Tillerson arasındakı görüşdən əvvəl olub.

Lavrovla Tillersonu görən jurnalistlər dərhal qışqıraraq suallarını səsləndirməyə başlayıblar. Bu sualların çoxusu Vaşinqtonun Suriyadakı mövqeyi ilə bağlı olub. Jurnalistlərdən birinin "Suriya hakimiyyətini dəstəkləməyiniz doğrudur? Siz Ağ Evin dünənki açıqlamasını necə şərh edərdiniz?” sualı Lavrovu əsəbləşdirib. Baş diplomat üzünü jurnalistlərə tutaraq "Sizə kim tərbiyə verib? Sizə davranış qaydasını kim öyrədib?” deyib.

Bundan sonra o, salamlama nitqini söyləyərək sözü Tillersona verib. Az sonra isə Lavrov yenidən danışmağa başlayaraq sual verən jurnalistə "İndi qışqıra bilərsiniz” deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da amerikalı jurnalistlərin davranışını "bazar” adlandırıb.

Oxşar xəbərlər