Yəməndə üsyançı husilərin liderlərindən biri öldürülüb
- 10 apr 2017, 08:07
Yəmənin qərbində hava zərbəsi nəticəsində üsyançı husilərin ("Ənsər Allah” hərəkatı) liderlərindən biri öldürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Abdulla Yəhya əl-Müəyəd husilərin hökumətində "informasiya naziri” olub. Məlumatı təsdiqləyən üsyançı-husilər endirilən hava zərbəsi nəticəsində "nazir”lə birgə onu müşayiət edən 9 nəfərin öldüyünü də bildiriblər.
Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Demokratik.Az