Putin: "Bu təcavüzdür"

  • 07 apr 2017, 13:41
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, ABŞ-ın Suriyaya endirdiyi raket zərbələri suveren dövlətə qarşı təcavüz aktıdır.

Virtualaz.org "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin Amerikanın Suriyaya endirdiyi zərbələri beynəlxalq hüquqa zidd və yalan bəhanə əsasında icra edilmiş suveren dövlətə qarşı təcavüz aktı kimi qiymətləndirib”, - Peskov deyib.

Bunun birlikdə, Peskov əlavə edib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur.

"Suriya ordusunun bütün kimyəvi silah ehtiyatlarının məhv edilməsi faktını BMT-nin bu işlə məşğul olan xüsusi bölməsi də təsdiqləyib”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə halları göpz yumulması vəziyyəti daha da ağırlaşdırır.
 
Demokratik.Az
Oxşar xəbərlər