Sankt-Peterburq metrosunda terror: 10 ölü

  • 03 apr 2017, 17:05

Son məlumatlara görə, partlayış içi öldürücü maddələrlə doldurulmuş əldəqayırma qurğu vasitəsilə törədilib. Partlayışdan sonra vaqon iki yerə bölünüb. Bu da ölü sayısının artacağı ehtimalını qüvvətləndirir.

****

Rusiya Federasiyası prezidenti Vladimir Putinin insidentlə bağlı ilk açıqlaması gəlib. Prezident məişət  hadisəsindən tutmuş, terakta qədər bütün versiyaların araşdırıldığını söyləyib.

***

Hadisə şahidlərinin dediyinə görə, stansiyalarda tüstü əmələ gəlib və insanlar qaçmağa başlayıb.

Hazırda "Ploşad vosstaniya”, "Sadovaya”, "Nevskiy prospekt” və "Texnologiçeskiy institut” stansiyaları bağlanıb.

Sankt-Peterburq şəhərinin vitse-qubernatoru İqor Albin hadisə yerindədir. Albinin dediyinə görə hadisə olduqca ciddidir və yerində xüsusi qərargah yaradılması planlaşdırılır.

****

Son xəbərə görə, partlayışda 10 adamın öldüyü, 50-dən çox adamın yaralandığı bildirilir. 

"Çernaya reçka” stansiyası isə şübhəli əşyanın aşkar olunmasına görə, bağlanılıb.. Metronun bütün mərkəzi stansiyalarında insanlar evakuasiya edilir. Təhqiqatçılar hələ ki, hadisə yerində işlərinə başlaya bilmirlər.

***

Sankt-Peterburq metrosunda partlayış baş verib.

Musavat.com-un "Novaya qazeta” qəzetinə istinadən verdiyi xəbərə görə, partlayış "Sennaya ploşad” və "Texnologiçeskiy institut” stansiyalarında törədilib.

Hazırda faktla bağlı araşıdrma gedir.


 



Oxşar xəbərlər