"Saakaşvili Gürcüstana niyə qayıtmır?

  • 29 mart 2017, 08:27

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili iki səbəbdən vətəninə qayıtmağa qorxur. Ya o, vaxtilə keçirdiyi islahatlara görə xalqı aldadırdı, yaxud da cinayətkardır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko çıxış edib. O. Lyaşko Ukraynın eks-prezidenti Viktor Yanukoviçlə M. Saakaşvilini müqayisə edib:

"O doğma ölkəsindən qaçdı. Gürcüləri satdı, hansı ki, o, on il prezident idi. Yanukoviç Kiyevdə insanları öldürürdü, Saakaşvili Tiflisdə. Saakaşvili Gürcüstanın Yanukoviçidir. Biz Rusiyadan bizə Yanukoviçi verməyi tələb edirik, Rusiya Federasiyası onu təhvil vermir. Bununla yanaşı, biz özümüz də Saakaşvilini gizlədirik", - Lyaşko qeyd edib.

Demokratik.Az

Oxşar xəbərlər