Trampın kürəkəni ABŞ Kəşfiyyat İdarəsində dindiriləcək

  • 27 mar 2017, 21:58

ABŞ-da Donald Tramp rəhbərliyinin "Rusiya ilə əlaqələri var” iddiası səngimək bilmir.

Musavat.com xəbər verir ki, "New York Times”da yer alan məlumata görə, ABŞ Konqresi Kəşfiyyat Komitəsi Trampın kürəkəni Ceyrid Kaşneri istintaqa cəlb edəcək.

Bildirilir ki, komitə, kürəkən və eyni zamanda müşavir olan Kaşnerin Rusiyanın Vaşinqtondakı səfiri Serqey Kislyak ilə təşkil etdiyi iclaslar haqqında məlumatlar almaq istəyir. Kaşnerin rus səfirdən başqa, Rusiyanın idarəsində olan bir bankın müdürü ilə də görüşdüyü iddia edilir.

Demokratik.Az

Oxşar xəbərlər