Xəbər lenti
Bütün xəbərlər

Çeçenistanda “Rosqvardiya”nın 6 hərbçisi öldürülüb

  • 24 mar 2017, 11:13

Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının ("Rosqvardiya”) Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub. Məlumata görə, hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.
Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.
Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb.(apa) 

Oxşar xəbərlər