Niderlanddan Türkiyənin sanksiyalarına ilk açıqlama

  • 14 mart 2017, 16:19

Türkiyənin Hollandiyaya tətbiq etdiyi sanksiyalar çox da pis deyil.

Axar.az xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte deyib.

"Əslində, Hollandiya sərt addımlar atmalı idi, amma bunu Türkiyə etdi. Doğrusu, bu, bir az qəribədir”, - Rutte bildirib.

Xatırladaq ki, Türkiyə Nazirlər Şurasının iclasında Hollandiyaya tətbiq olunan sanksiyalar bunlardır:

1. Hollandiya rəsmiləri ilə ali səviyyəli görüşlər müvəqqəti dayandırılır;

2. İcazəli Hollandiya səfirinin ölkəyə girişi qadağan edilir;

3. Rəsmi səfərlər üçün verilən icazələr ləğv edilir;

4. Türkiyə Böyük Millət Məclisindəki Hollandiya dostluq qrupu ləğv edilir.

 

Demokratik.Az

Oxşar xəbərlər