Roma Papası müsəlmanlara yardım etdi

  • 11 mart 2017, 09:43

Roma Papası Fransisk Roma yaxınlığında yerləşən Ariçça şəhərciyində Suriyaya həsr olunmuş xüsusi messa keçirib. 

Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti rəhbərinin müavini Qarsiya Oveyero məlumat verib.

Vatikanın rəsmi nümayəndəsinin sözlərinə görə, həmin messa zamanı Roma Papası Hələb şəhərindən olan kasıblara yardım üçün 100 min avro ayrılması barədə qərar verib.

Oveyero qeyd edib ki, həmin vəsait Müqəddəs Taxt-tac adından ianə paylanması ilə məşğul olan xüsusi idarə tərəfindən ünvana çatdırılacaq.

 

"Demokratik.Az"

Oxşar xəbərlər