Xəbər lenti
Bütün xəbərlər

“Yeni dünya savaşı başlayacaq”

  • 07 mar 2017, 09:39

Yeni dünya müharibəsi başlaya bilər.

Axar.az xəbər verir ki, bunu "Biznes insayder” qəzetinə açıqlamasında amerikalı politoloq Corc Fridman söyləyib.

"Dövlətlərarası hərbi fəaliyyətlər yenidən aktuallaşa bilər. Əvvəlki dövrlərdə analitiklər səhvən ehtimal edirdilər ki, ölkələr daha bir-biriylə savaşmayacaqlar. Hər yüzillikdə sistem savaşı olub və nəticədə bütün sistem sarsılıb. Hər beynəlxalq sisteminin öz ölümcül çatışmazlıqları olur. Hazırkı sistemin də özünün məhv olması üçün embrionlar var. Almaniya, Çin və Rusiya kimi ölkələr süquta doğru gedəndə onların yerinə yeniləri gəlir və sistem müharibələri başlayır. O zaman hər şey çox təhlükəli olur. Belə ki, bu ölkələr hələlik balansa çatmayıblar. Hazırda biz sistem dəyişikliklərini müşahidə edirik. Müharibəyə hazırlaşın. Böyük ehtimalla bundan sonra birinci plana Yaponiya, Polşa və Türkiyə çıxacaq. Ona görə ki, müharibə Şərqi Avropa və Yaxın Şərqdə qızışır. Bundan başqa ABŞ-ı Yaponiya ilə dəniz müharibəsi gözləyir. Hər dəfə yeni güclər peyda olanda onların öz balanslarını tapmaq ehtiyacı yaranır. Yeni dövlətlər güc yığır, köhnələr isə süquta doğru yönəlirlər. Təhlükəli olan proses deyil, yeni mərhələyə keçən ölkənin mövqeyidir”, – deyə o bildirib.

Demokratik.Az

Oxşar xəbərlər