Niderland Avropa Birliyindən çıxmaq istəyir

  • 04 mart 2017, 18:08

Axar.az xəbər verir ki, bu nəticə Britaniyanın "Bruges Qrup” tədqiqat mərkəzinin keçirdiyi sorğudan sonra əldə olunub.

Sorğuya əsasən, hollandların yalnız 39%-i AB-də qalmaq istədiyini bildirib. 23% şəxs isə AB-dən çıxmağa hazır olduğunu söyləyib. Hollandların 27%-i AB-dən çıxmağı yalnız azad ticarət haqqında müqavilə imzalandıqdan sonra dəstəkləyəcəyini qeyd edib. 11% isə məsələ ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib. Bununla da mərkəz ümumilikdə (bitərəflərin səsləri də bölüşdürüldükdə - red.) 56% hollandın AB-dən çıxmağa hazır olduğu qənaətinə gəlib.

Demokratik.Az

Oxşar xəbərlər