Seçki təbliğatında Sərkisyanın xüsusi hiyləgər taktikası

  • 04 mart 2017, 16:13

Sərkisyan çox gözəl bilir ki, yeni vəzifəyə təyin olunanlara xalqın az-çox ümidi var.

Axar.az xəbər ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi yazıb. Eskpert dünəndən İrəvanda seçkilərlə bağlı start verilən təbliğat kampaniyasını şərh edib:

"Mərkəzi küçələrdə ilk olaraq Respublikaçılar Partiyası üzvlərinin şəkilləri görünməyə başlayıb. Özü də son aylarda yeni təyin olunan baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sərkisyan və ədliyyə naziri Arpine Hovanesyanın şəkilləri diqqət çəkir. Maraqlıdır, hələlik namizədliklərini yenidən vermiş "nimdaş” deputatlardan heç birinin təbliğatına başlanmayıb. Aydın məsələdir ki, bütün bunlar əhalini qıcıqlandırmamaq üçün Serj Sərkisyanın xüsusi hiyləgər taktikasıdır. O, çox gözəl bilir ki, yeni vəzifəyə təyin olunanlara xalqın az-çox ümidi olur. Köhnə kadrları isə xalqın görməyə gözü yoxdur”.

İ.Tanrıverdi bildirib ki, əgər iki gün öncə seçicilər arasında keçirilən sorğu zamanı Sərkisyan partiyasına ümid edənlər 10-15 faiz idisə, yeni nazirlərin təbliğat kampaniyası ilə tanış olduqdan sonra son bir gündə bu göstərici 50 faizə qalxıb:

"Əgər bura "seçki rüşvətinə” ümid bəsləyənlərin də sayını əlavə etsək, demək olar ki, Respublikaçılar Partiyasının yenidən qələbə çalmasına zəmin yaranır. Bu isə Putinin də arzusunun yerinə yetməsi deməkdir”.

Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək, ölkə parlament idarə üsuluna keçəcək.

Oxşar xəbərlər