GƏNCƏDƏ DİREKTORLUQ DAVASI
- 14 sen 2014, 22:43
Bu gün ölkənin tanınmış informasiya portallarının birində "Cəmiyyət Mikayıl Cabbarovdan qərar gözləyir...başlıqlı xəbər dərc edilib.Həmin xəbərdə Gəncə və atraf rayonlarda bir neçə texniki peşə məktəbi və liseyin direktorlarının qohumluq əlaqələri önə sürülməklə,misal olaraq qeyd olunur ki,-"Gəncə 3 saylı Peşə Liseyinin direktoru Alı Əliyev köhnənin kadrı olmaqla təqaüd yaşı çatmasına baxmayaraq hələ də öz vəzifəsində çalışır. Onun oğlu Atin Əliyev 2 saylı peşə məktəbinin, dost-doğmaca qardaşı Əhməd Əliyevsə Qazax Liseyinin direktorudur".
Yuxarıdakı faktları Romanovlar sülaləsinə bənzər "qardaşlar imperiyası”adlandıran xəbər portalı insanlardakı müəyyən narazılıqlara da diqqət çəkir.Lakin narazılıqların mahiyyəti barədə heç bir fakt açıqlamır.
Bu gün həmin yazıda adıçəklilən Alı Əliyev Demokratik.Az-a açıqlama verərək narazılığın maraqlı faktını açıqlayıb.O bildirib ki,uzun illərdirki, hazırki vəzifəsində çalışıb və bu illər ərzində saytın yazdığı kimi,özünü əvəz edəcək kadrlar yetişdirməklə deyil,gənc nəslin peşə hazırlığı ilə məşğul olub.Oğlu Atin Əliyevi isə 2 saylı peşə məktəbinin direktoru vəzifəsinə atası yox,səlahiyyətli şəxslər təyin edib.Müsahibimizin bildirdiyinə görə qardaşı Əhməd Əliyevin Qazax Liseyinin direktoru olması ilə fəxr edir.Bunu isə tamamilə həyati təsadüf hesab edir.Hələ dərs ili başlamamış özü və yaxınları haqda yayılan bu tip informasiyaların arxasında isə,onun vəzifəsində gözü olanın (adını açıqlamaq istəmədi) dayandığını bildirdi.Mikayıl Cabbarovun deyilənlərə reaksiyasına gəlincə,nazirin fikirlərinə həmişə olduğu kimi sayqı ilə yanaşacağını bildirdi.
Qeyd edək ki,Alı Əliyevin təqaüd yaşı çatsa da müvafiq müqavilə əsasında işləyir.Ehtimal etmək olar ki,onun yerinə göz dikən(lər)bu tip kompramatlarla Liseyin direktorluq kürsüsünü ələ keçirməyə çalışır...
Mövzuya qayıdacağıq
DEMOKRATİK.AZ