Gəncədə mebel sexi yanır

  • 28 may 2016, 14:15
Gəncədə mebel sexində yanğın baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən sexdə qeydə alınıb. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər