Xınalıqda qar məktəb binasının damını çökdürüb (FOTO)

  • 04 yan 2016, 18:25
Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb. "Report”un xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdiyindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov "Report”a deyib ki, damın təxminən 20 faizi çöküb: "Bu, son 10 ilin ən güclü qarıdır”.

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.
Oxşar xəbərlər