Dövlət orqanları medianın gözü ilə...

  • 30 dek 2015, 19:59
“Hökumət orqanlarının vətəndaşlarla əlaqəsi və xalqa xidməti sahəsində gördü­yü işlərin, o cümlədən, mətbuatla sıx əməkdaşlıq etməsi ilə bağlı monitorinqi ke­çi­r­ilmişdir. 








Monitorinqin nəticələrinə görə, ən yaxşı göstəricilər - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Energetika və Sənaye Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi   Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazir­liyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə və Milli Arxiv İdarəsinə aiddir. 
Test üçün aparılan vətəndaş sorğularına Prezident Aparatından dolğun cavablar alınmış, problemin həlli müvafiq qurumlara həvalə edilmişdir. Daxili İşlər Nazirliyi də, problemin həllində aktivliyi ilə seçilmişdir. Müşahidələrimizin nəticələrinə əsasən bu qurumun mətbuata münasibəti ürəkaçan olmuş, özbaşınalıqda adı hallanan orqan işçiləri dərhal və sərt şəkildə cəzalandırılmışdır. Ədliyyə Nazirliyi də pozitiv fəaliyyəti ilə yadda qalan qurumlardandır. İl ərzində işinə səhlənkar yanaşan hakimlərin cəzalandırılması, nazir Fikrət Məmmədovun öz işinə xüsusi həssaslıqla yanaşmasından xəbər verir. Fövqəladə Hallar Nazirliyinin də mətbuata qarşı reaksıyası müsbətdir.
Öz fəaliyyətləri haqqında hesabatı vaxtlı-vaxtında mediaya təqdim edir. Bu  sahədə ən aşağı göstəricilər isə Xarici İşlər Nazirliyində, Vergilər Nazirliyində, Təhsil Nazirliyində, Səhiyyə Nazirliyində, İqtisadi İnkşaf Nazirliyində, Dövlət Gömrük Komitəsində və Dövlət Miqrasiya Xidmətində qeydə alınmışdır.
Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin veb səhifələrinə daxil olarkən, e-poçt ünvanları ilə əlaqə saxlamaq mümkün deyil. Saytda yazılan əlaqə vasitələri, xüsusilə e-poçt ünvanları demək olar ki, fəaliyyət göstərmir. Baxmayaraq ki, bu qurumların qaynar xəttləri mövcuddur. Test üçün etdiyimiz bir çox zənglərə cavab ala bilməmiş, yaxud bu qurumlarda qaldırılan problemlə maraqlanan olmamışdır. Hətta, sözü gedən bu dövlət qurumlarının mətbuat katibliyinin fəaliyyəti belə, bərbad vəziyyətdədir. Həmin qurumların mətbuat katibliyi ilə dəfələrlə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qalmışdır.
Monitorinqin nəticələrinə görə işə götürmə sahəsində ən şəffaf fəaliyyət gös­tərən qurum Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Mə­sə­lələri üzrə Komissiya olmuşdur. Bu quruma kadrlar seçilməsi üçün keçirilən imtahanlara bir sıra media, QHT təşkilatları dəvət olunmuş və proses müşahi­dəçi­lə­rin gözləri qarşısında aparılmışdır. Komissiyanın həyata keçirdiyi bu prosesin ənənəyə çevriləcəyinə, məhkəmə hakimlərinin və prokurorluq işçilərinin də eyni qaydada seçiləcəyi arzu olunandır. 
Təəssüf ki, Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri kadr seçimində beynəlxalq qurumların prosesə dəvət olunduqları halda, yerli QHT-lər, media təmsilçiləri prosesdən kənarda saxlanılmış, dolayısı ilə əcnəbi müşahidəçilərin xeyrinə ayrı-seçkilik edilmişdir. O cümlədən, Məhkəmə-Hüquq Şurasının iclasında media təmsilçilərinin iştirakı olduqca  vacibdir. Belə ki, media təmsilçiləri bir çox məhkəmə proseslərində iştirak etdikləri üçün hakimlərin nizam-intizam qay­da­la­rına necə riayət etmələri, vətəndaşlarla davranışlarının hansı səviyyədə olduğu haqqında məruzə edə bilərlər. Ümidvar olmaq istərdik ki, bundan sonrakı mərhələlərdə qarşılaşdığımız bu neqativ hal ortadan qaldırılacaq və kadr seçimi də daha şəffaf şəkildə aparılacaqdır. Ən azı ona görə ki, Azərbaycan reallıqlarını biz daha yaxşı dərk edə və qiymətləndirə bilərik. Aparılan monitorinqin nəticələrini ümumiləşdirsək, görərik ki, yola saldığımız ildə dövlət qurumlarının neqativ hallarla yanaşı, irəliyə doğru atılmış addımlar da müşahidə olunmuşdur. Ümid edirik ki, 2016-ci il Azərbaycan hakimiyyətinin daha şəffaf, demokratik islahatları və vətəndaşlara daha artıq qayğı göstərməsi ilə yadda qalacaq. 
Öllkəmizin bəzi məkrli dünya siyasətçiləri və dövlətləri tərəfindən sıxışdırıldığı indiki zamanda vətəndaş həmrəyliyinə daha çox ehtiyacı var. Bu həmrəylik hakimiyyət orqanlarının xalqla birliyi, onun qayğılarını dinləməsi və yerində həll etməsilə reallaşacaq.
Azərbaycan dövlətinin qarşıya hədəf kimi qoyduğu vətəndaş cəmiyyətinin bər­qə­rar olması vətəndaş həmrəyliyindən keçir. 
Yeri gəlmişkən, fürsətdən istifadə edib Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü münasibətilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bütün dövlət yet­kililərini və xalqımızı ürəkdən təbrik edirik!
Ümid etmək istərdik ki, apardığımız monitorinqin nəticələri ölkə başçısına çatdırılacaq, cəmiyətimizdə rast gəlinən problemlər cənab Prezidentimizin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, zamanında həll olunacaq.
Oxşar xəbərlər