Gəncədə general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub

  • 27 okt, 22:07
  • baxış sayı: 1 869

 

Demokratik.Az-ın məlumatına görə,bu gün Gəncədə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olunub. Keçiriləcəyi səbirsizliklə gözlənilən tədbir Prezident İlham Əliyevin "General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən təşkil edilib.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin obrazları səhnəyə daxil olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi nazir olan genral Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti səhnələşdirilərək tamaşaçılara təqdim edilib. Tədbirdə "N" saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları, eləcə də vətənpərvərlik ruhunda mahnılar alqışlarla qarşılanıb. Tədbirə ötən il düşmənin helikopterini məhv edən İlkin Muradov da qatılıb.

Tədbirdə çıxış edən Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov bildirib ki, Səməd bəy Mehmandarov kimi generallar daima yad olunmalıdır: "Mən bir general, azərbaycanlı kimi fəxr edirəm ki, bizim belə generallarımız olub. Biz onları həmişə yadda saxlamalıyıq. Çox sağ olsun bizim ali baş komandanımız ki, belə bir sərəncam imzalayıb".

Qeyd edək ki, yubiley tədbirində Gəncə Dövlət Dram Teatrı ilə yanaşı, Silahlı Qüvvələrin özfəaliyyət kollektivləri, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının üzvləri, Azərbaycan mədəniyyət və incəsənət ustaları da çıxış ediblər. Tədbirin yüksək səviyyədə keçirilməsində xidmətləri olanlara Müdafiə Nazirliyi adından çıxış edən Abdulla Qurbani tərəfindən təşəkkür elan edilib.

Oxşar xəbərlər