Qərb bölgəsinə qar yağır

  • 25 dek 2016, 20:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha - dekabrın 26-na olan hava proqnozunda ölkə ərazisinə qarın yağacağını anons edib. Lakin qar özünü gecikdirmədi. Bu dəqiqələrdə Göygöl, Daşkəsən və Gədəbəy rayonlarından Demokratik.Az-a verilən məlumata görə, qərb bölgəsində yerləşən dağlıq və dağətəyi rayonlara intensiv qar yağmağa başlayıb. Rayon sakinləri, xüsusən də uşaqlar bəyaz qarın yağmasına sevinirlər. Sakinlərin bildirdiyinə görə, belə davam edərsə, sabaha qədər hər yer bəyaz qara bürünəcək, kənd yolları buz bağlayacaq...

Demokratik.Az

Oxşar xəbərlər