Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dələduzluqda "suçlanan" iş adamı azadlığa çıxdı
Dələduzluqda "suçlanan" iş adamı azadlığa çıxdı
- 06 okt 2016, 19:21
Yasamal rayon Məhkəməsində iş adamı Vüsal Abazərlinin həbs-qətimkan müddətinin uzadılması ilə bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin vəsatəti və prokurorluğunun təqdimatına baxılıb.
Vəkil Elvin Səlimov bildirib ki, Məhkəmə vəsatət və təqdimatı təmin etməyib. Dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərli saxlandığı Bakı İstintaq İdarəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Vüsal Abazərli ticarətlə məşğul olan iş adamıdır. Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti