Xəbər lenti
Bütün xəbərlər

Ərdoğan AKP-ni də FETÖ-dan təmizləyir

  • 24 sen 2016, 09:46
Türkiyənin hakim partiyası AKP-də  FETÖ ilə əlaqəli olan  şəxslərlə bağlı araşdırma aparılır.

"Əl -Cəzirə" telekanalı belə bir iddialı məlumat yayıb.  Məlumata görə, 3 meyar əsasında partiyanın bölgə təşkilatlarında aparılan tədqiqatda 519 ad müəyyənləşdirilib. Bunlardan 100-nün istefası tələb olunub.
 
Qeyd edək ki,  AKP-də  15 iyul dövlət çevrilişi cəhdinin ardından Avqust ayının əvvəlində bölgə təşkilatlarına  göndərdiyi sərəncamla partiyadakı və bələdiyyələrdəki FETÖ-çülərin sürətlə təmizlənilməsi tapşırığı verilib.

Sərəncam  partiya sədrinin müavini  Hayati Yazıçının imzası ilə göndərilmişdi.
 
Demokratik.Az
Oxşar xəbərlər