Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Gəncədə əməliyyatda dünyasını dəyişən qızın ölüm anı - VİDEO
Gəncədə əməliyyatda dünyasını dəyişən qızın ölüm anı - VİDEO
- 23 avq 2016, 20:46
Gəncə şəhərində yerləşən "Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.
Tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir.
Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.
Xatırladaq ki, Gəncə şəhər sakini, 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Report

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti