Başçının polis qardaşı işdən çıxarıldı

  • 26 iyul 2016, 23:55
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan Rayon Polis Şöbəsində yoxlama aparılıb.

Yoxlama tədbirləri nəticəsində Beyləqan Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Beyləqan Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.(azvision)

Qeyd edək ki, Zöhrab Məmmədov Ağcabədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır.
Oxşar xəbərlər