Ərdoğan: “Ayağa qalx, Bizə əyilmək yaraşmır"

  • 24 iyul 2016, 13:32

Həmin gecə Rəcəb Tayyib Ərdoğan qulağıma dedi ki, qalx ayağa, bizə əyilmək yaraşmır.

Bunu 15 iyulda baş verən çevriliş cəhdi zamanı İstanbul Atatürk Hava Limanında yaralanan və prezident Rəcəb Tayyib Ərdoğanın öpdüyü 18 yaşlı Əhməd Onay deyib.
"İğtişaşlar zamanı yaralandığımı hiss etmədim. Sonradan qoluma və ayağıma baxdığımda qan gördüm. Sonra Həsən Ceylan adlı şəxsə "Qurban olum ayağımı bağla. Ərdoğanı görmək istəyirəm” dedim. O da "Qardaş sənə söz verirəm, prezidenti yanına gətirəcəyəm” dedi. Sonra gurultu baş verdi. Başımı qaldıranda Ərdoğanın alnımdan öpdüyümü gördüm. Qulağıma "Ayağa qalx, Bizə əyilmək yaraşmır” dedi. Ondan sonra xəstəxanaya aparıldım. 1 gün sonra evə qayıtdım. İkinci çağırışa qədər meydanlardayıq”, - Onay bildirib.
Oxşar xəbərlər