Fətullah Gülən çevriliş barədə suallara cavab verdi - VİDEO

  • 17 iyul 2016, 23:36
"Hizmet” ("Xidmət”) hərəkatının lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən çoxsaylı media quruluşlarının təmsilçilərinin suallarını cavablandırıb. 

New York Times, Financial Times, Sky News və The Guardian başda olmaqla dünya medyasında önəmli yer tutan qurumların təmsilçiləri röportaj tələbiylə ABŞ-da yaşayan Fətullah Güləni ziyarət ediblər.

Hərəkatın Pensilvaniyadakı ofisində jurnalistlər qarşısında çıxış edən dini lider Türkiyədəki uğursuz çevriliş cəhdinin arxasında "Hizmet” hərəkatının dayanması barədə iddiaları yalanlayıb:

"Çevrilişlərlə demokratiyanın gəlməyəcəyinə, cümhuriyyətin qorunmayacağına, Türkiyənin dünyaya inteqrasiya olunmayacağına inanlardan biriyəm. Şəxsən bu səbəbdən hərbi çevrilişlərə qarşı olmuşam. Ancaq bildiyiniz kimi çevriliş sözü başqa mənalarda da istifadə olunmağa başlanıb. Korrupsiyada ittiham olunan biri, rüşvət alıb-almayıb mənim işim deyil, istintaqı aparan ədliyyə və polis mənsublarına çevriləşə cəhd edən qiyamçılar adlandırdı. O məsələni də bizim üstümüzə atdılar. Biz bu cür də çevriliş əleyhinəyiz. Heç kimə qarşı belə bir çevrilişin edilməsini istəmərik", cavabını verib

Hərəkat lideri bildirib ki, beynəlxalq kamu təşkilatları bu darbəni araşdırsınlar. Görəcəklər ki, bu darbənin arxasında Hizmet hərəkatı yoxdu.

Jurnalistlərdən birinin günlük həyatınızda təhlükəsizliyinizdən narahatçılığınız varmı sualına, Gülən "binanın ətrafında biriləri izləyirmiş buranı, nələrsə planlayırlarmış, onun da qarşısını FBİ alıb" deyib.
Oxşar xəbərlər