Azərbaycan nefti və Səidlə Xədicənin toyu

  • 27 mart 2016, 21:57

Azərbaycanda da iri neft aktivlərinə malik olan inquş milyarder Mixail Qutseriyevin oğlunun Moskvada, Telman İsmayılova məxsus "Safisa” şadlıq sarayında martın 26-da keçirilmiş dəbdəbəli toy mərasimi haqda yeni təfərrüatlar məlum olub.

Virtualaz.org xəbər verir ki, Qutseriyevin oğlu Səid və yaxın dostları, habelə oliqarxın ailəsi toy mərasiminin ardınca Londona yola düşüblər. Çünki toyun davamı Britaniya paytaxtında olacaq. Orada yeni evlənən gənclər Qutseriyevin məxsusi olaraq aldığı malikanəyə yerləşəcəklər.

Lifenews.ru toyun Londonda keçiriləcək ikinci hissəsində Hollivud ulduzlarından Beyonse və britaniyalı estrada ulduzu Elton Con çıxış edəcək. Bundan əvvəl Elton Conun və Beyonce-in də adı Moskvadakı toyda çıxış edənlər arasında yer almışdı. Lakin xəbərə görə toyda elan ediblər ki, bu ulduzlar Londonda bəylə gəlinin dostlarını əyləndirəcəklər.

Habelə məlum olub ki, Moskvadakı toy proqramında Ceniffer Lopes, Stinq, Enrike İqlesias çıxış ediblər. Onlara ödənilən qonorar isə daha əvvəl yayılmış rəqəmlərdən aşağıdır. Ən çox alan Stinq olub. Qutseriyev ona 1.5 milyon dollar ödəyib. Cenifer Lopes 1 milyon, İqlesias 500 min dollar alıb. Alla Puqaçova isə 300 min dollarla kifayətlənməli olub.

Oxşar xəbərlər