İŞİD 2 jurnalisti güllələdi

  • 12 yan 2016, 20:03
İraqın Diyala əyalətində yerli "Əş-Şarkiyə” telekanalının 2 jurnalisti öldürülüb.

Onlar Bakuba şəhəri yaxınlığında İŞİD üzvləri tərəfindən öldürülüb.

"Silahlı şəxslər müxbir Saif Təlili və operator Həsən ən-Anbakini öldürüblər”-deyə "Əş-Şarkiyə” telekanalı məlumat yayıb. 

Xatırladaq ki, dünən İŞİD qruplaşmasının Əl-Mikadiyə şəhərində partlayış törətməsi nəticəsində 20 nəfər, Bağdaddakı ticarət mərkəzinə hücumu zaman isə 18 nəfər həlak olmuşdu.
Oxşar xəbərlər