"Lalələr" mağazaları kimindir? FOTO"28 May"da yenisi açılıb

  • 03 yan 2016, 20:54


"28 May" metrostansiyasında yeni mağaza istifadəyə verilib.


Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl açılan mağazada gül, oyuncaq və hədiyyəlik mallar satılır.

Qeyd edək ki, bundan əvvəl də bir neçə metrostansiyaların keçidlərində mağazalar açılıb.

Bu mağazaların hamısı "Lalələr" mağazalar şəbəkəsi adı altında fəaliyyət göstərir. "Lalələr" adı verilən mağazaların hamısında, demək olar ki, eyni mallar satılır. Maraqlısı budur ki, bütün mağazalar eyni şəxs və ya şəxslərin nəzarətindədir.

Bakı metrosunun yalnız iki - "Koroğlu" və "İçərişəhər" metrostansiyalarında kitab mağazaları var.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC yaradılarkən metronun bütün keçidlərindəki mağazalar bağlanmışdı. Lakin sonradan reklam bərpa olunduğu kimi. Mağazalar da bərpa edilməyə başlandı. 

İlkin Muradov
Oxşar xəbərlər