2016-cı ildə neft qiyməti 20 dollara düşə bilər - Proqnoz

  • 31 dek 2015, 10:06
Dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie 2016-cı ildə neftin qiymətinin 20 dollara qədər ucuzlaşması riskinin olduğu qənaətindədir.

J.Kurrie neft bazarında təklif çoxluğunun 2016-cı ildə də davam edəcəyini deyib: "Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”.

Bəzi analitiklər isə neftin barrel qiymətinin hətta 15 dollaradək ucuzlaşacağını düşünürlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.

Qeyd edək ki, iİlin son həftəsinə ucuzlaşma ilə başlayan neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. Hazırda dünya birjalarında "Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər bahalaşaraq 37.35 dollara qalxıb.

"Texas” markalı neftin qiyməti də dünənki göstəricilərdən üstündür. Belə ki, birjalarda hazırda "Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 37.17 dollardır.

"AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0.18 dollar bahalaşaraq, 38,23 dollar təşkil edib.

Neftin qiymətinin 3 dəfədən çox düşməsi dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da 2 dəfə devalvasiyanın baş verməsinə gətirib çıxardı. Bu ilin fevral ayında manat 33% ucuzlaşaraq 1.05$, dekabrda isə 50% bahalaşaraq 1.55$ oldu.

anspress