Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti nə yerdədir?

  • 03 mart 2022, 21:03
Rusiya Ukrayna arasındakı müharibə hər iki ölkədə yaşayan  azərbaycanlılara təsirsiz ötüşmədi. Ukraynada yaşayan azərbaycanlıların bir qismi artıq təxliyə olunub. Bəs Rusiyada yaşayan azərbaycanlılara bu müharibənin nə kimi zərəri toxuna bilər?
Mövzu ilə bağlı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev Medianews.az-a açıqlamasında Rusiyada təhlükəsizlik baxımından azərbaycanlılara heç bir təhdidlərin olmadığını bildirib:

“Azərbaycanlılar burda hədəf deyil. Biz burada çox normal şəkildə yaşayırıq. Uşaqlarımız bağçaya, məktəbə normal qaydada gedib-gəlirlər. Müharibənin səsi azərbaycanlıların kütləvi şəkildə yaşadığı bölgələrdə demək olar ki, eşidilmir.

O ki qaldı bu məsələnin iqtisadi tərəfinə, əlbəttə ki, bunun iqtisadi təsirləri böyükdür. Təkcə azərbaycanlılara yox, Rusiyada yaşayan bütün millətlər iqtisadi həyatında bu təsirləri hiss edir. Ümumiyyətlə, Rusiyanın belə krizislərlə bağlı təcrübəsi çoxdur. Yəni bu kimi sanksiyalar Rusiya üçün ilk deyil. İndiyə qədər bütün çətinliklərin öhdəsindən çıxa biliblər. Düşünürəm ki, bu dəfə də müvəqqəti çətinliklər olacaq. Azərbaycanlılar öz işləri ilə məşğuldur”.
Onu da bildirək ki, son günlər Moskvada meyvə-tərəvəz bazarlarında çalışan soydaşlarımızın maddi sıxıntılara girdiyi, müharibə ilə əlaqədar bütün xərclərin qaldırıldığı barədə məlumatlar yayılır. Bir sıra nüfuzlu şəxslərin "müharibəyə dəstək" adı altında Rusiyadakı iş adamlarından pul topladığı iddia edilir.

Demokratik.Az
Oxşar xəbərlər