AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşdi

  • 17 fev 2022, 19:09
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
APA-nın xəbərinə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.
AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.
Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
Oxşar xəbərlər