Demokratik TV
Reket - seks jurnalistikanın yetimçələri Gəncəbasarda məmurların qorxulu KABUSUnu necə tapdı? - AÇIQ DƏRS

Tanıyanlar tanıyır, bilənlər də yaxşı bilir ki, çox zaman "itlər hürər, karvan keçər" misalı davranıb, sosial şəbəkəni və informasiya aləmini zibilləməklə, dezinformasiya ilə məşğul olan aşağı məntiqlilərə cavab vermirəm, buna əlavə vaxt ayırmıram. Lakin, sayqıdəyər oxucumun sifarişi, ötən gün barəmdə əndazəni aşan böhtanın maraq dairəsi, eləcə də qələmində zərrə qədər hikməti olmayan, yaradıcılıqları seks-porno jurnalistikası olanların ortalığa atdıqları haray-həşirləri adama bir danış və yaz deyir.
Baxıram ki, son günlər mənim hesabıma saytlarına bir neçə oxucu artıran "seksual reket" plagiatlar şəxsimi Gəncəbasarda məmurların qorxulu KABUSu elan edərək savadsız şəkildə ağızlarına gələni nağıllayıblar.
Açığı, əvvəlki oxşarları kimi, güzgüyə baxıb üz cırmaqlayanların "bir çoxlarının münasib yerlərindən bir cümlə" kəsib yalaq-yamaq etdikləri sicilləmə məni xeyli güldürdü. Eləcə də, bu "surxay-hikmət" cütlüyünün hansı savada, hansı mədəniyyətə və düşüncəyə malik olduqlarını yenə aləmə car elədi.
Ölkədə oxucularımızın kifayət qədər savadlı və məntiqi düşüncəyə sahib olduqlarını bildiyim üçün əminəm - nəzərdə tutduğum nabor-şərləməni oxuyan hər cümlədə absurdu hiss edib onun əsl müəlliflərinə və "calaq"la yenidən hazırlayanlara bolluca nifrət edəcək. Etməlidirlər də...
İlk əvvəldən etiraf edim ki, aktuallığın nə olduğunu bilməyən saytın seçdiyi başlığı məndən əvvəl başqa şəxsə yönəltmiş olanlar pis seçim etməyiblər. Çünki, o iddia həqiqidir ki, mən Gəncəbasardakı nadürüst, rüşvətxor məmurların bir çoxu üçün doğrudan da "qorxulu KABUSAM". Necə ki, bunu iddia edənlərin və artıq kimliyimi qavrayanların bəd niyyətlərinin qarşısında da şəxstlə dayanmışam, artıq məlum şantajcıların da aşkar kabusuyam.

Bu zirvəyə çatmaq üçün təkcə uzun illərimi qurban verməmişəm, həm də daşıdığım ada və jurnalist peşə fəaliyyətimə xələl gəlməsin deyə gecəmi gündüzlərə qatmışam. Karyeram boyunca bircə kərə olsun hansısa məmura yaltaqlanmamış, hansısa haqlı şikayətçinin marağını satmamış, ictimai önəm daşıdığına əmin olmadığım hansısa informasiyadan ucuz şou düzəltməmiş, rüşvət müqabilində həyasızcasına yazı yazıb da silməmişəm. Hələ, Milli Təhlükəsizlik Nazirliyinin başıpozuqlarının himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj etmək üçün şərəfsizcəsinə peşə adına xəyanəti heç etməmişəm. Xanım müxbirlərin vasitəsilə "porno-seks" jurnalistika yaradıb ifşaedici məlumatlar yayacağı ilə hədələyərək kimlərdənsə külli miqdarda rüşvət almamışam. Məqsədim reketçilik olmadığı üçün düz bildiyim yolda irəliləmişəm və haqlı olaraq dövlət və millət maraqlarına xəyanət edən məmurlara medianın sağlam tənqidlər üzərindən sərt üzünü göstərməyə çalışmışam. Sadaladıqlarım və bayağı və seksual xarakterli "reketlər"i ifşamın adı indi "qorxulu kabus"dursa, mən artıq çoxlarının KABUSUYAM! Bu izahatı da barəmdə danışmaq üçün ləyaqəti və jurnalistika fəhmi olmayanlara deyil, hörmətli oxucu üçün təkrar edirəm.


Burada, şəxsim və fəaliyyətim üzərindən kimlərinsə bəhanə uydurub ADAU-dan yeni nəfəsli, qərəzsiz və balanslı nəsə yazmağa qabiliyyətinin çatmamasına da mən məsul deyiləm. Mən yazmıramsa, media susacaq deyə istək və iddiam da yoxdur. Lakin, köhnə yazılarımın şantaj alətinə çevrilməsinə imkan vermərəm! Çünki, reket-seks-porno jurnalistikası üçün indi etdikləri əvvəlki əməlləri qədər sadə şantaja da bənzəməz. Ona görə də müəllifi olduğum yazıların şantaj alətinə çevrilməsini, yayımlanmasını buqələmunlara qadağan edirəm!
Nəşriyyatda gizlin yolla, rekvizitsiz oturub mənə qarşı şərləmə istəyində çərləyənlərin daha uğursuz hücumu mənim ağır və xüsusilə ağır cinayət əməli sayılan "rüşvət alma", "hədə-qorxu ilə rüşvət tələb etmə" kimi əməllərin oxucuya sırınmasıdır. Xoşbəxtlikdən, özlərinin uzun illərdir batıb-boğulduqları bu elementləri məndə axtarıb tapmayanlar hansısa şəxslərin bivec mülahizələrinin ümidinə qalıblar.

Bu ağır suçlamanın cavabını məhkəmə qaydasında tezliklə tələb edəcəyəm, burdan isə Surxay-hikmətə bir bunu deyim - Yalançının özünün və dostunun seks kasetini çəkib Eldar Mahmudova ötürsünlər! Yalançıya, aylıq 500 manat verib desinlər ki, bu pula həyat yoldaşına hədiyyə alarsan! Yalançıya lap Ramella və Ramidə də qənim olsun! Bu böhtanınla şərti işinə əlavə yük gətirib sənin cəzalandırılacağına sonadək çalışacağıma dair sözüm isə qoy səni oğulluqdan silmiş Maya anamıza andımız olsun. Taykeşin də, özün də darıxmayın, "xüsusi ittiham" şikayətinə məhkəmə tez baxır, bir neçə gün çəkməz kədərləndirərəm sizi!!!
Adıkeçən Ruhulla Zahidovu da tanıdım ki, bu adam mənim də daim tənqid etdiyim Daşkəsən icra hakimiyyəti başçısı Əhəd Abıyevlə dayıoğlu-bibioğludur. Dəfələrlə yanımda yalmanıb, mənə bir çox şəxsi xahişləri olub, hətta bir neçə nataraz yazılarını redaktə edib saytımda da yayımlamışam. Sonda, bir gün Abıyevdən yazmamağımı, əks halda məndən yazacağını bildirib və payını aldıqdan sonra adamın mənə qarşı uzun zamandır Abıyev kini qalmaqdadır. Əslində, Ruhullanın davranışlarında anormallıq hər halında seziləndir, ona qardaşları belə salam vermir. Onun kimilərin sözü rəsmi və etibarlı mənbə olmadığından, mənə Əhəd Abıyev təəssübü püskürdüyündən, onun bütün sayıqlamalarını boş vermək vacibdir.



Sonda, axı nə qədər surxayvari həyasız, hikmətvari yalançı və dinsiz olmalısan ki, ümumiyyətlə spirtli içki qəbul etmədiyim halda, məni guya Şəmkirdə “Qala”restoranında rektorun təşkil etdiyi ad günündə içib sərxoş olduğumu iddia edəsən. Eləcə də dövlətçilik mövqeyi sabit və aydın olan birini "azərifredom"-a çıxıb dövlətin mövqeyini dəstəklədiyi üçün Nərimanoğlu imzasını təlxəkcəsinə müxalifliyə yozasan?! Və bu absurd üçün avara-müxalifin birinin paylaşımına istinad edəsən?
Növbəti açıq dərsimin sonuna da belə gəlib yetişdim. Mənə çamur atanlar və onlara "urra" deyən bəzi siyam əkizləri artıq anlasalar yaxşı olar - Mənim ləyaqətim və kimliyim şəffaf yaradıcılığımdan və yazdıqlarımdan onsuz bəllidir. Surxay-hikmət cütlüyünün kimliyi və mənəviyyatı, əsl niyyətləri isə reketçilik məqsədilə uzun illər çəkib ssenariləşdirdikləri o seks-porno kassetlərindəki kəramətdə, iyrənclikdə və hələ də azadlıqda gəzən sabiq MTN şefi Eldar Mahmudovda gizlənir...
Osman Nərimanoğlu
Demokratik.Az
