Daşkəsənin polis nəfərindən şikayət: "Qızıllarımızı qaytarmır, deyir mənim güclü arxam var"

  • 06 dek 2021, 14:52
Əslən Daşkəsəndən olan, hazırda Gəncə şəhəri Natəvan qəsəbəsi, sahə 9, küçə 2, ev 14-də yaşayan II qrup Qarabağ əlilili Məmmədcəfərov Azər Qələndər oğlu Daşkəsən rayon polis şöbəsinin polis əməkdaşı İsmayılov Tural İqbal oğlunun əməllərindən şikayətçidir.

Bu barədə "Demokratik TV"-yə danışan şikayətçinin bildirdiyinə görə, adıkeçən polis əməkdaşı bir müddət əvvəl onun qızı ilə qeyri-rəsmi nigahda olublar. Adət-ənənəyə uyğun toy ediblər. Qeyri-rəsmi izdivacdan isə bir qız nəvəsi dünyaya gəlib. Lakin, sonradan qızı ilə Tural ayrılıblar.

II qrup Qarabağ qazisi olan ata qeyd edir ki, polis əməkdaşı ailə və polislərin etik davranış kodeksini pozaraq hazırda ona və ailə üzvlərinə qarşı haqsızlıqlar edir, evlilik dönəmində qıza alınan qızıl əşyalarını verməkdən imtina edir. Eləcə də polis əməkdaşı qanunları bilsə də, öz qız övladına doğum haqqında şəhadətnamə belə almır.
Şikayətçi bildirir ki, qızı Şəhla Məmmədcafərova dəfələrlə sözügedən məsələlər barədə aidiyyatı dövlət qrumlarına müraciətlər etsə də, Tural Ismayılov az yaşlı övladına atalıq versə də, hələ də uşağına şəxsiyyər vəsiqəsi ala bilmir.

Atanın sözlərinə görə, boşanma üzrə məhkəmə bitdikdən sonra Tural İsmayılov qızı Şəhlaya və həyat yoldaşı Xalidə Quliyevaya hücum edərək döymək istəmiş və onları dəfələrlə nəlayiq söyüşlərlə təhqir etmişdir. Onun belə nəlayiq hərəkətlərinə Daşkəsən polis idarəsi tərəfindən isə heç bir ciddi tədbir görülməmişdir. Hazırda tərəflər arasında gedən əsas mübahisə qızılların qaytarılmaması ilə əlaqədardır.

Şikayətdən belə aydın olur ki, Tural qarşı tərəfə "Mən polis işçisiyəm, arxamda bilirsiz kimlər dayanır" deyərək öz polis adından sui-istifadə edir, üzərinə düşən mülki öhdəliklərin yerinə yetirilməsindən yayınır. 

Deyilənlərlə bağlı onu da öyrənə bildik ki, Tural İsmayılova Daşkəsən polis Şöbəsinin rəisi tərəfindən dəfələrlə xəbərdarlıq elan edilmiş, rəsmən töhmət elan edilmişdir. Qızılların polis tərəfindən keçmiş həyat yoldaşına qaytarılmaması iddiasına gəlincə, qarşı tərəfin yaxınının redaksiyamıza bildirdiyinə görə, Tural İsmayılov müxtəlif vaxtlarda Şəhla Məmmədcəfərovaya aldığı bir dəst qızıl sırğanı, üzük, boyunbağı və qolbağ dəstini Daşkəsən RPŞ-nin inzibati binasında digər şahidlərin də iştirakı ilə geri təhvil vermişdir. Lakin, nədənsə qarşı tərəfin israrına baxmayaraq geri qaytarılan qızılların foto və ya videofata çəkilməsinə imkan verməmişdir.

Şikayətçi, II Qarabağ qazisi özünün və ailə üzvlərinin Daşkəsən polis şöbəsində Tural tərəfindən təhqir edildiyini bildirərək onun ciddi cəzalandırılmasını istəyir. Məsələ ilə əlaqədar vətəndaşlar tərəfindən dəfələrlə hüquq mühafizə orqanlarının rəhbərlərinə şikayətlər də ünvanlanıb.

Faktla əlaqədar DİN-in mətbuat xidmətinin və ya qarşı tərəfin açıqlamasını alıb dərc etməyə çalışacağıq... 

Demokratik.Az
Oxşar xəbərlər