Ukraynada növbəti irəliləyiş! Zelenski "ANTİOLİQARX" qanununu imzaladı

  • 07 noy 2021, 21:04
Ukrayna prezidenti Vladimir Zelenski oliqarxların ölkə siyasətinə təsirini məhdudlaşdırmağa yönəlmiş qanunu imzalayıb. 
Zelenski noyabrın 5-də “antioliqarx” adlandırılan qanunu imzaladıqdan sonra ümid etdiyini bildirib ki, bu qanunvericilik aktı “zəngin və qüdrətlilərin dar elitasına yox, geniş cəmiyyətin” maraqlarına xidmət edəcək: "Biznesmen nə qədər böyük olmasından asılı olmayaraq qanuna tabe şəkildə və başqa iqtisadi vahidlərlə bərabər şəraitdə işləməlidir. Əgər kimsə qanundan yan keçmək məqsədilə siyasətçiləri pulla almağı adət edibsə, onda hətta onların ən varlısı da bu adətlə vidalaşmalı olacaq”.

Ukrayna prezidenti bildirib ki, oliqarx sistemini sökməyin başqa yolu yoxdur:Bunsuz sadəcə olaraq Ukraynada yoxsulluğüstün gəlmək və Avropa icmasına qoşulmaq mümkün olmayacaq.
Parlamentin sentyabrda qəbul etdiyi bu qanunda oliqarxın hüquqi təfsiri verilir, onların qeydiyyatı üçün reyestr nəzərdə tutulur və rəsmilərdən oliqarxlarla hər hansı əlaqələrini bəyan etmək tələb edilir.
Qanun habelə oliqarxların hər hansı siyasi partiyanı, siyasi təşviqat və reklamı, nümayişləri maliyyələşdirməsini qadağan edir və onları dövlət mülkiyyətinin özəlləşdirilməsindən kənarlaşdırır. Birləşmiş Ştatlar və Avropa İttifaqı uzun müddətdir ki, Ukraynadan adi vətəndaşların həyatını ağırlaşdıran və siyasi nüfuza malik bir ovuc oliqarxın cilovunun çəkilməsini istəyir. Lakin qanunu tənqid edənlər deyirlər ki, ondan subyektiv məqsədlər üçün sui-istifadə edilə bilər.
Bu qanuna görə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hər hansı bir şəxsin oliqarx kriteriyasına uyğun olub-olmadığını müəyyənləşdirməlidir. Habelə qanuna uyğun olaraq Nazirlər Şurası, Mərkəzi Bank üzvləri, Müdafiə Şurası, Antiinhisar Nazirliyi və ya Təhlükəszilik Xidməti oliqarx hesab etdiyi şəxsin adını, onun statusu barəsində qərar çıxarılması üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim edə bilər.
Oxşar xəbərlər