Demokratik TV
AMEA-nın daha bir əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi

Məlumata görə, gənc elm adamı qondarma ittihamlar əsasında Ramiz Mehdiyevin və sonuncunun kürəkəninin qardaşı, AMEA-nın İşlər İdarəsinin müdiri Fikrət Əliyevin diqtəsilə işindən uzaqlaşdırılıb. C.Yahyayev isə işə bərpa iddiası ilə əlaqədar qarşı tərəfi məhkəməyə verib.
Xatırladaq ki, Ramiz Mehdiyevin və yaxın ətrafının AMEA-ya yerləşdirilməsindən sonra AMEA-da öz bilik və bacarıqları ilə seçilən alimlərin, elm ocağına can yandıran kadrların incidilməsi, işdən qovulması prosesi səngimir. Hazırda Mehdiyevlərin haqsızlığına qarşı 10-larla sabiq AMEA əməkdaşı məhkəmələrdə mübarizə aparır. Təəssüf ki, ilkin instansiya məhkəmələrinin qərarları əksər hallarda ziyalılara qarşı Ramiz Mehdiyevi güclü və yenilməz çıxarır.
Aldığımız məlumata görə Coşqun Yahyayevin iddiasına sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Mülki iş üzrə məhkəmə işi hakim Vahid Sadıqovun icraatındadır.
Coşqun Yahyayev 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetində bakalavr, 2004-2006-cı illərdə magistr təhsili alıb. 2006-cı ildə fərqlənmə diplomu ilə aspiranturaya, 2008-ci ildə isə doktoranturaya daxil olub.
Məhkəmə prosesi diqqətimizdədir, daha geniş məlumat verməyə çalışacağıq.
Demokratik.Az
