Düşmən itki verərək geri çəkilməyə məcbur edilib

  • 25 okt 2020, 19:30
Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.
Müdafiə Nazirliyinin saytına istinadən xəbər veririk ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
MN ələ keçirilən hərbi qənimətlərin görüntülərini də təqdim edib.
Oxşar xəbərlər